Yuxarı

​Aralıq dənizində batmaqda olan gəmidən 300 miqrant xilas edilib

6 nəfərin həyatını xilas etmək mümkün olmayıb

Bakı. 28 yanvar. REPORT.AZ/ İtaliya qvardiyası batmaqda olan qayıqdan təqribən 300 nəfər miqrantı xilas edib. Altı nəfər ölüb, onların cəsədi sudan çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə İtaliya Hərbi Dəniz Qüvvələrinə istinadən "Reuters" məlumat yayıb.

Qaçqınlar Apennin yarımadasına Şimali Afrikadan gediblər.

İtaliyaya gedən dəniz yolu dünyanın ən təhlükəli yoludur. 2015-ci ildə bu marşrutda təqribən 2 min miqrant həyatını itirib. Bu dövr ərzində Aralıq dənizində ümumilikdə 3 min 700-dən çox məcburi köçkün batıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi