Bakı. 17 aprel. REPORT.AZ/ Aralıq dənizi ilə Liviyadan İtaliya istiqamətində hərəkət edən göyərtəsində qaçqınların olduğu gəmi batıb.
"Report" xəbər verir ki, İtaliya Sahil Mühafizəsi 144 nəfəri xilas edib, dəniz və havadan digərlərini tapmaq ümidi ilə xilasetmə əməliyyatına başlayıb.
Lakin ehtimal edilir ki, ümumilikdə 400 sərnişin batıb.