Aralıq dənizində 250-dən çox qanunsuz miqrant xilas edilib

Aralıq dənizində 250-dən çox qanunsuz miqrant xilas edilib Bakı. 27 dekabr. REPORT.AZ/ Aralıq dənizində Avropa sahillərinə çatmaq istəyən azı 255 qanunsuz miqrant xilas edilib.
Digər ölkələr
27 Dekabr , 2017 05:26
Aralıq dənizində 250-dən çox qanunsuz miqrant xilas edilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Aralıq dənizində Avropa sahillərinə çatmaq istəyən azı 255 qanunsuz miqrant xilas edilib.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın "La Stampa" qəzeti məlumat yayıb.

Onlar 3 qayıqla Avropa sahillərinə doğru üzürmüş. Xilasetmə əməliyyatlarına İtaliyanın Sahil Mühafizəsinin Operativ Mərkəzi rəhbərlik edib. Qeyri-leqal miqrantların xilas edilməsinə həmçinin miqrantların qanunsuz daşınması marşrutlarının üzə çıxarılması üzrə əməliyyatda iştirak edən xüsusi hərbi bölmələr kömək edib.

Bununla yanaşı, qanunsuz miqrantların xilas edilməsində İspaniyanın "Proactiva Open Arms" qeyri-hökumət təşkilatı da iştirak edib. Bu qurumun müəyyənləşdirdiyi qaçqınlardan 36-ı uşaqlardır.

Son xəbərlər

Orphus sistemi