​Aralıq dənizində 22 miqrant həyatını itirib

​Aralıq dənizində 22 miqrant həyatını itirib Onlardan 21 nəfəri qadın, biri kişidir
Digər ölkələr
21 İyul , 2016 02:39
​Aralıq dənizində 22 miqrant həyatını itirib

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün Aralıq dənizini keçməyə cəhd göstərən 22 miqrant həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatının (MSF) "Twitter" səhifəsinə yerləşdirilən məlumatda bildirilir.

"21 qadın və 1 kişi bu gün Aralıq dənizini keçmək istəyərkən həyatını itirib. Onların cəsədləri hava ilə doldurulmuş qayıqlardan götürülüb, indi onlar "Aquarius" gəmisinin göyərtəsindədirlər", - deyə məlumatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi