Aralıq dənizi üzərində qəzaya uğramış Misir təyyarəsinin qalıqları tapılıb

Aralıq dənizi üzərində qəzaya uğramış Misir təyyarəsinin qalıqları tapılıb Obyektlər Yunanıstanın Karpatos adasından 50 mil cənub-şərqdə aşkarlanıb
Digər ölkələr
19 May , 2016 17:47
Aralıq dənizi üzərində qəzaya uğramış Misir təyyarəsinin qalıqları tapılıb

Bakı. 19 may. REPORT.AZ/ Yunanıstan hökuməti radarlardan itmiş "EgyptAir" aviaşirkətinə məxsus "A320" təyyarəsinin axtarışları zamanı dənizdə üzən iki obyekt aşkarladıqlarını bəyan edib.

"Report" "Euronews"a istinadən xəbər verir ki, obyektlər Yunanıstanın Karpatos adasından 50 mil cənub-şərqdə aşkarlanıb.

Eyni zamanda, Yunanıstan televiziyası Karpatos adasının cənubunda məhz itən təyyarənin qalıqlarının tapıldığını iddia edib.

Qeyd edək ki, daha əvvəl Misir Mülki Aviasiya Nazirliyinin təyyarənin radarlardan itməsi ilə bağlı insidentdə terror hücumu versiyasını nəzərdən keçirdiyi bildirilirdi.

Son xəbərlər

Orphus sistemi