Bakı. 4 mart. REPORT.AZ/ ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar yaxşı mühitdə keçir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Abbas Arakçı bildirib.
"Danışıqlarda yaxşı ab-hava hökm sürür", - A.Arakçı qeyd edib.
Bir müddət əvvəl ABŞ prezidenti Barak Obama "Reuters" agentliyinə müsahibəsində bildirib ki, Tehran nüvə proqramını ən az 10 il müddətinə dayandırarsa, o zaman son razılıq əldə etmək mümkündür. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidentinin sözlərini amerikalı auditoriya üçün nəzərdə tutulan reklam kampaniyasının bir hissəsi kimi qiymətləndirib.