Nigeriyada naməlum silahlılar vilayətə hücum edib, ölənlər və yaralananlar var

Nigeriyada naməlum silahlılar vilayətə hücum edib, ölənlər və yaralananlar var Bakı. 21 fevral. REPORT.AZ/ Nigeriyada naməlum silahlılar Aqatu vilayətinə hücum ediblər.
Digər ölkələr
21 Fevral , 2019 04:56
Nigeriyada naməlum silahlılar vilayətə hücum edib, ölənlər və yaralananlar var

Bakı. 21 fevral. REPORT.AZ/ Nigeriyada naməlum silahlılar Aqatu vilayətinə hücum ediblər.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Benue əyalətinin sözçüsü İterver Akasenin sözlərinə görə, hücum zamanı 17 nəfər öldürülüb, xeyli sayda insan yaralanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edilir ki, bu ərazidə dəfələrlə çobanlarla fermerlər arasında silahlı qarşıdurmalar baş verib. 

Daha əvvəl Nigeriyada "Boko Haram" terrorçuları hərbçilərə hücum edib.

Son xəbərlər

Orphus sistemi