Çində pandemiya qurbanları ilə bağlı matəm elan edildi

Çində pandemiya qurbanları ilə bağlı matəm elan edildi Çin Xalq Respublikasının Dövlət Şurası yeni koronavirus pandemiyası qurbanları və onları xilas edərkən öz həyatını qurban vermiş həkimlərin xatirəsi ilə bağlı aprelin 4-nün bütün ölkədə ümummilli matəm günü elan olunması barədə qərar qəbul edib.
Digər ölkələr
1645
3 Aprel , 2020 05:03
Çində pandemiya qurbanları ilə bağlı matəm elan edildi

Çin Xalq Respublikasının Dövlət Şurası yeni koronavirus pandemiyası qurbanları və onları xilas edərkən öz həyatını qurban vermiş həkimlərin xatirəsi ilə bağlı aprelin 4-nün bütün ölkədə ümummilli matəm günü elan olunması barədə qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası bildirib.

Qəbul edilmiş qərara əsasən, şənbə günü ölkədə, xarici diplomatik missiyalar ərazisində bütün bayraqlar endiriləcək. Bütün əyləncə tədbirləri ləğv olunub. Yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 06:00-da) ölənlərin xatirəsi üç dəqiqəlik sükutla yad olunacaq.

Rəsmi statistikaya görə, 2019-cu ilin dekabrından Çin Xalq Respublikasının materik hissəsində koronavirusa yoluxanların sayı 81,5 mindən çox təşkil edib, ölkədə 3,3 mindən çox insan ölüb.

Son xəbərlər

Orphus sistemi