Apellyasiya Məhkəməsi Donald Trampın miqrasiya ilə bağlı fərmanını məhdudlaşdırmaqdan imtina edib

Apellyasiya Məhkəməsi Donald Trampın miqrasiya ilə bağlı fərmanını məhdudlaşdırmaqdan imtina edib Bu ilin iyun ayında ABŞ Ali Məhkəməsi Trampın altı müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişinə qismən qadağa qoymasına icazə verib
Digər ölkələr
8 İyul , 2017 10:07
Apellyasiya Məhkəməsi Donald Trampın miqrasiya ilə bağlı fərmanını məhdudlaşdırmaqdan imtina edib

Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ-da Apellyasiya Məhkəməsi altı ölkənin vətəndaşlarının ABŞ-a girişi üzrə yeni qaydaların təsirini növbəti dəfə məhdudlaşdırmaqdan imtina edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bununla məhkəmə prezidentin imzaladığı fərmanın cari formasından şikayət edən Havay adaları orqanlarının tələbini rədd edib.

Xatırladaq ki, bu ilin iyun ayında ABŞ Ali Məhkəməsi D.Trampın əhalisinin böyük əksəriyyəti müsəlman olan altı ölkənin (İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan) vətəndaşlarının ölkəyə girişinə qismən qadağa qoymasına müvəqqəti - məhkəmənin prezidentin fərmanını qeyri-müəyyən müddətə bloklaşdıran aşağı instansiyaların qərarlarına baxacağı zamana qədər icazə verib.

Bundan sonra ştatı təmsil edən vəkillər Honolulu federal məhkəməsinə müraciət edib. Onlar isə bu həftə qərarı yenidən nəzərdən keçirməkdən imtina edib. ABŞ-ın Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi də öz qərarını dəyişməyib.

Apellyasiya Məhkəməsinin hakimləri bildiriblər ki, Havay adaları məhkəməsi yalnız bu qərarın konkret hansısa şəxsin hüquqlarını pozduğunu gördüyü zaman onu bloklaya bilər.

Son xəbərlər

Orphus sistemi