Aparıcının 500 min avroluq qiymətli əşyaları oğurlandı

Aparıcının 500 min avroluq qiymətli əşyaları oğurlandı Televiziya aparıcısı və əntiq əşyalardan kolleksiya yığan Karolin Marqeridona məxsus mənzil qarət edilib
Digər ölkələr
13 Fevral , 2021 19:23
Aparıcının 500 min avroluq qiymətli əşyaları oğurlandı
Karolin Marqeridon

Parisdə televiziya aparıcısı və əntiq əşyalardan kolleksiya yığan Karolin Marqeridona məxsus mənzil qarət edilib.

“Report”un məlumatına görə, bu barədə “Le Parisien” qəzeti polisdəki mənbəsinə istinadən xəbər verir.

Mənzil Parisin on yeddinci dairəsində yerləşir. Hadisə cümə günü (12 fevral – Red) yerli vaxtla saat 12: 20-19: 30 arasında, evdə heç kimin olmadığı zaman baş verib.

Polisin verdiyi məlumata görə, oğrular özləri ilə saatlar, zinət əşyaları, dəri məmulatları və pul aparıblar. İlkin hesablamalara görə, zərərin miqdarı ən azı 500 min avrodur. Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

Marqeridon “France 2” telekanalında yayımlanan Fransanın məşhur proqramının aparıcısıdır.

Son xəbərlər

Orphus sistemi