AP sədri Moskvaya dron hücumunun Ukraynaya dəstəyə təsir etməyəcəyini bildirib

AP sədri Moskvaya dron hücumunun Ukraynaya dəstəyə təsir etməyəcəyini bildirib Rusiya öz qoşunlarını öz ərazisindən çıxarana qədər Avropa İttifaqı Ukraynanı dəstəkləməlidir və Rusiya ərazisinə zərbələr bunu dəyişməyəcək.
Digər ölkələr
31 May , 2023 23:32
AP sədri Moskvaya dron hücumunun Ukraynaya dəstəyə təsir etməyəcəyini bildirib

Rusiya öz qoşunlarını Ukrayna ərazisindən çıxarana qədər Avropa İttifaqı Ukraynanı dəstəkləməlidir və Rusiya ərazisinə zərbələr bunu dəyişməyəcək.

“Report” xəbər verir ki, Avropa Parlamentinin sədri Roberta Metsola “Detsche Welle”yə müsahibəsində bildirib.

Metsolanın fikrincə, Ukraynaya dəstək zərurəti nə Rusiyanın Ukraynanı ittiham etdiyi Moskvaya qarşı son dron hücumundan, nə də Kiyevə verilən silahların potensial olaraq Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə oluna bilməsindən dəyişir.

“Düşünürəm ki, bu arqumenti irəli sürən hər kəs Rusiyanın Ukraynanı işğal etməsi faktını unudur. Bu, iki ölkə arasında münaqişə deyil. Burada bir ölkə digərinə soxulub və ərazilərinin bir hissəsini zəbt edib. Rusiya Ukraynadan əl çəkməyincə Ukraynaya dəstəyi dayandırmağı düşünmürük”, - o vurğulayıb.

Metsola həmçinin Avropa Komissiyasının Ukraynaya daha çox döyüş sursatı verməyə imkan verəcək təklifinin vaxtından əvvəl təsdiqlənməsini və ona baxılması üçün sürətləndirilmiş prosedurun - ictimai məsləhətləşmələr olmadan həyata keçirilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi