"AP": Kaliforniyada naməlum şəxs polislərə atəş açıb: ölən və yaralananlar var

"AP": Kaliforniyada naməlum şəxs polislərə atəş açıb: ölən və yaralananlar var Hadisəni törədən də xəsarət alıb
Digər ölkələr
31 Avqust , 2017 06:07
AP: Kaliforniyada naməlum şəxs polislərə atəş açıb: ölən və yaralananlar var
Courtesy İmage

Bakı. 31 avqust. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində naməlum şəxs 1 polisi güllələyib və daha 2 nəfəri yaralayıb.

"Report" "TASS"a istinadən məlumat verir ki, bu barədə "Associated Press" xəbər yayıb.

Məlumata görə, atışma otellərdən birində olub. Hadisə zamanı polis şerifinin müavini ağır yaralanıb. O, sonradan ölüb. Yaralı polislər xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs avtomobillə ərazidən qaçaraq gizlənib. Lakin sonradan yaxalanıb. Onun da həmçinin yaralandığı bildirilir.

Hüquq-mühafizə orqanları hadisəni təhqiq edir.

Son xəbərlər

Orphus sistemi