Antonio Quterreş: "Suriya BMT-nin prioritet məsələsi olmalıdır"

Antonio Quterreş: "Suriya BMT-nin prioritet məsələsi olmalıdır" Baş katib: "BMT Suriya xalqına qarşı münasibətdə borclu qalıb"
Digər ölkələr
15 Oktyabr , 2016 12:05
Antonio Quterreş: Suriya BMT-nin prioritet məsələsi olmalıdır

Bakı. 15 oktyabr. REPORT.AZ/ Suriya böhranının həllinə töhfə vermək Birləşmiş Millətlər Təşkilatının gələcək fəaliyyətində prioritet məqsədlərindən biri olmalıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin yeni baş katibi Antonio Quterreş "Fransa-24" telekanalına müsahibəsində bildirib.

"Suriya BMT-nin prioritet məsələsi olmalıdır. Çünki BMT Suriya xalqına qarşı münasibətdə borclu qalıb", - deyə A.Quterreş qeyd edib.

"Biz başqalarına qarşı alicənablığa görə, Suriya xalqına təşəkkür etməliyik. Hələ Suriya böhranı başlamamışdan, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olarkən Suriya inanılmaz qonaqpərvərlik göstərərək sərhədlərini 2 milyondan çox iraqlı qaçqının üzünə açmışdı", - o xatırladıb.

Son xəbərlər

Orphus sistemi