Antalyada israilli turistləri daşıyan avtobus qəzaya uğrayıb, 19 nəfər yaralanıb

Antalyada israilli turistləri daşıyan avtobus qəzaya uğrayıb, 19 nəfər yaralanıb Yaralıların hamısı Manavqat xəstəxanalarına çatdırılıb
Digər ölkələr
10 Avqust , 2018 12:13
Antalyada israilli turistləri daşıyan avtobus qəzaya uğrayıb, 19 nəfər yaralanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin Antalya vilayətində israilli turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, mikroavtobus Manavqat-Antalya avtomobil yolunda minik maşınına çırpılıb və aşıb.

Hadisə nəticəsində 19 israilli turist, eləcə də sürücü və bələdçi yaralanıb.

Yaralıların hamısı Manavqat xəstəxanalarına çatdırılıb, turistlərdən birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi