Anqola prezidenti qarşıdakı seçkilərdə namizəd olmayacaq

Anqola prezidenti qarşıdakı seçkilərdə namizəd olmayacaq Joze Eduardu duş Santuş partiya lideri olacaq və parlamentə deputatlar təyin etmək hüququnu qoruyacaq
Digər ölkələr
3 Fevral , 2017 17:55
Anqola prezidenti qarşıdakı seçkilərdə namizəd olmayacaq

Bakı. 3 fevral. REPORT.AZ/ Anqolada 1979-cu ildən prezident vəzifəsini icra edən Joze Eduardu duş Santuş 2017-ci ildə keçiriləcək seçkilərdə hakim partiyadan namizədliyini irəli sürməyəcəyini təsdiqləyib.

Bu barədə "Report" RBK-ya istinadən xəbər verib.

Joze Eduardu duş Santuşun sözlərinə görə, hakim Anqola Azadlıq Xalq Hərəkatı Partiyasında prezidentliyə namizəd ölkənin müdafiə naziri Joao Laurentso olacaq. Onun özü isə partiya lideri olacaq və parlamentə deputatlar, orduya və polisə isə yüksək rütbəli məmurlar təyin etmək hüququnu qoruyacaq.

Qeyd edək ki, Joze Eduardu duş Santuş Bakıda Azərbaycan Neft və Kimya İnstitutunun məzunu olub. O, burada 1963-1969-cu illərdə təhsil alıb.

Son xəbərlər

Orphus sistemi