Yuxarı

​Anqola prezidenti hakimiyyətinin 40-cı ilində istefa verəcək

Ölkədə növbəti prezident seçkisinin 2018-ci ildə keçirilməsi nəzərdə tutulub

Bakı. 11 mart. REPORT.AZ/ "Siyasi karyeramı 2018-ci ildə başa vuracağım haqda qərar qəbul etmişəm".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Anqola prezidenti Joze Eduardu duş Santuş deyib.

O, 1979-cu il sentyabrın 21-dən Anqolaya başçılıq edir.

Joze Eduardu duş Santuş Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənayesi Universiteti) məzunudur.

O, 1942-ci ildə anadan olub.

Qeyd edək ki, Anqolada növbəti prezident seçkisinin 2018-ci ildə keçirilməsi nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi