​Anomal istilər Yaponiyada 14 nəfərin həyatına son qoyub

​Anomal istilər Yaponiyada 14 nəfərin həyatına son qoyub İsti hava şəraiti iyunun sonlarından hökm sürür
Digər ölkələr
12 İyul , 2016 07:11
​Anomal istilər Yaponiyada 14 nəfərin həyatına son qoyub

Bakı. 12 iyul. REPORT.AZ/ Yaponiyada son iki həftə ərzində ən azı 7500 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib, onlardan 14-ü ölüb. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi və təcili yardım funksiyalarını həyata keçirən Baş Yanğın İdarəsi məlumat yayıb.

Məlumata görə, aprelin sonlarından indiyədək xəstəxanalara ümumilikdə 15 min nəfər yerləşdirilib. 

Yaponiyada isti hava şəraiti iyunun sonlarından hökm sürür. Bəzi günlərdə ölkənin mərkəzi rayonlarında havanın temperaturu 37 dərəcədən yüksək olur.

Eyni zamanda ölkənin cənub-qərb prefekturalarında leysan yağışlar torpaq sürüşməsinə və daşqınlara səbəb olur.

Xatırladaq ki, ötən il  anomal istilərdən ölkədə 100 nəfərdən çox adam dünyasını dəyişib, 53 min nəfər isə xəstəxanalara yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi