Yuxarı

Anomal istilər Hindistanda 500 insanın həyatına son qoyub

Odişedə 198 sakin, qonşu Telanqanda 260 insan, Andxra-Prdeşdə isə 70 nəfər dünyasını dəyişib

Bakı. 15 May. REPORT.AZ/ Hindistanda son 3 həftə davam edən anomal istilər 500 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Ləğvi üsrə Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, ölkənin 256 yaşayış məskənində 330 milyon insan içməli su çatışmazlığından əziyyət çəkir. 

Ən acınacaqlı vəziyyət Odişe, Telanqan, Andxra-Pradeş əyalətlərindədir.

Anomal istilər səbəbindən Odişedə 198 sakin, qonşu Telanqanda 260 insan, Andxra-Prdeşdə isə 70 nəfər dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi