Bakı. 23 iyul. REPORT.AZ/ Almaniya kansleri Angela Merkelin dəftərxanasının rəhbəri Peter Altmayer Türkiyə siyasətinə yenidən baxılmağın tərəfdarıdır.
"Report" xəbər verir ki, Altmayer bu barədə "Bild am Sonntag" nəşrinə müsahibəsində bildirib.
"Biz öz vətəndaşlarımızı və şirkətlərimizi qorumağa borcluyuq. Türkiyə də bilməlidir ki, federal hökumət yekdildir. Türkiyənin davranışları qəbulolunmazdır", - o qeyd edib.