Yuxarı

Ankarada 100-ə yaxın etirazçı həbs edilib

Polis aksiyaya gözyaşardıcı qaz, plastik mərmi və səs bombaları müdaxilə edib

Bakı. 20 dekabr. REPORT.AZ/ Ankarada bu gün keçirilən etiraz aksiyaları zamanı baş verən qarşıdurma nəticəsində 100-ə yaxın şəxs həbs edilib.

"Report" RİA Novosti agentliyinə istinadən xəbər verir ki, "Əməyə hörmət və Dünyəvi təhsil" şuarı altında Qızılay rayonunda keçirilən icazəsiz aksiyaya polis gözyaşardıcı qaz, plastik mərmi və səs bombaları müdaxilə edib.

Qeyd edək ki, Qızılay meydanında kütləvi nümayiş keçirmə qadağası 2013-cü ildən qüvvədədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi