Bakı. 6 yanvar. REPORT.AZ/ Almaniya kansleri Angela Merkelin Berlinin mərkəzindəki ofisində axtarışlar başa çatıb və bina ətrafındakı polis mühasirəsinə ehtiyac qalmayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ofisin qarşısında növbə çəkən polislərdən biri məlumat verib.
Onun sözlərinə görə, axtarışlar başa çatsa da, heç bir şübhəli əşya tapılmayıb
*** 12:25
Almaniya kansleri Angela Merkelin ofisi şübhəli bağlama səbəbiylə bağlanıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Berlində Federal polisin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, polis şübhəli bağlamanı araşdırır.