Yuxarı
    Bağlamaq

    Angela Merkel və Aİ rəhbərliyi Türkiyə və Suriya sərhədinə gedib

    Onlar, həmçinin suriyalı qaçqınların olduğu düşərgəni ziyarət edəcəklər

    Bakı. 23 Aprel. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel və Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk və Avropa Komissiyası sədrinin müavini Frans Timmermans Türkiyənin Suriya ilə sərhədində yerləşən Qaziantep şəhərinə gediblər.

    “Report” “Associated Press”ə istinadən xəbər verir ki, nümayəndə heyəti Türkiyəyə səfər zamanı ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşəcək, Türkiyə və Aİ-nin miqrasiya sazişinin reallaşdırılması məsələsini müzakirə edəcək.

    Aİ rəhbərliyi və Almaniya kanslerinin, həmçinin suriyalı qaçqınların olduğu düşərgəni ziyarət edəcək.
    Nümayəndə heyətinin səfəri ilə əlaqədar olaraq sərhədyanı Qaziantep şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi