Angela Merkel Suriya məsələsini Rusiya və Türkiyə prezidentləri ilə müzakirə edib

Angela Merkel Suriya məsələsini Rusiya və Türkiyə prezidentləri ilə müzakirə edib Bakı. 6 sentyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Suriyanın İdlib əyalətindəki vəziyyəti Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.
Digər ölkələr
6 Sentyabr , 2018 15:47
Angela Merkel Suriya məsələsini Rusiya və Türkiyə prezidentləri ilə müzakirə edib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Suriyanın İdlib əyalətindəki vəziyyəti Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə A.Merkel RTL və N-TV telekanallarına müsabisində bildirib.

“Biz İdlibdə humanitar fəlakətə yol verməməliyik. Bu, ən başlıca vəzifəmizdir. Bu mövzunu Ərdoğan və Putinlə müzakirə etmişik”, - kansler bildirib.

A.Merkelin fikrincə, İdlib əyalətində vəziyyət birmənalı deyil, çünki bir tərəfdən radikal qruplarla mübarizə aparılmalı, digər tərəfdən də dinc əhali qorunmalıdır.

Son xəbərlər

Orphus sistemi