Angela Merkel: "Riqa sammiti Rusiyanın əleyhinə təşkil olunmayıb"

Angela Merkel: "Riqa sammiti Rusiyanın əleyhinə təşkil olunmayıb" "Rusiya hələlik böyük 7-lərin G7 qrupuna qayıda bilməz"
Digər ölkələr
21 May , 2015 21:07
Angela Merkel: Riqa sammiti Rusiyanın əleyhinə təşkil olunmayıb

Bakı. 21 May. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel bəyan edib ki, Avropa İttifaqı liderləri ilə 6 keçmiş sovet respublikası nümayəndələrinin Riqada keçirilən birgə zirvə toplantısı heç kimə, o cümlədən Rusiyaya qarşı yönəlmiş partnyorluq deyildir.

"Report" BBC-yə istinadən xəbər verir ki, bununla belə, xanım Merkelin fikrincə Rusiya hələlik böyük 7-lərin (G-7) qrupuna qayıda bilməz.

“Rusiya ümumi təməl dəyərlərə əməl etməyincə, bizim üçün onun G8 formatına qayıtması təsəvvür edilməzdir” – deyib Almaniya kansleri.

Xatırladaq ki, G-7 qrupu gələn ay cənubi Almaniyanın Elmau şəhərində görüş keçirməlidir.

Son xəbərlər

Orphus sistemi