Angela Merkel İrana dair sazişi dərhal həyata keçirməyə çağırıb

Angela Merkel İrana dair sazişi dərhal həyata keçirməyə çağırıb O, sazişi "dayanıqlı siyasət və beynəlxalq diplomatiyanın mühüm uğuru" adlandırıb
Digər ölkələr
14 İyul , 2015 23:00
Angela Merkel İrana dair sazişi dərhal həyata keçirməyə çağırıb

Bakı. 14 İyul. REPORT.AZ/ Almaniya Federativ Respublikasının kansleri Angela Merkel İrana dair razılaşmanın tezliklə həyata keçirilməsinin vacib olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

"Mən bütün tərəfləri (sazişin, - red) tezliklə həyata keçirilməsinə öz töhfəsini verməyə çağırıram. "Bu şəkildə ən mürəkkəb beynəlxalq münaqişələrdən birini diplomatik yolla real aradan qaldırmaq şansı qalmış olacaq", - deyə Merkel bildirib.

Kansler İrana dair sazişi "dayanıqlı siyasət və beynəlxalq diplomatiyanın mühüm uğuru" adlandırıb. O qeyd edib ki, beynəlxalq ictimaiyyət İranın nüvə proqramına nəzarəti təmin etmək və Tehranın nüvə silahı yaratmasına yol verməməkdən ibarət olan məqsədə çox yaxındır.

"Bu, bütövlükdə regionda təhlükəsizliyin təmin edilməsi üçün son dərəcə faydalı ola bilər", - deyə Merkel qeyd edib.

Son xəbərlər

Orphus sistemi