Angela Merkel Emmanuel Makron ilə mayın 15-də görüşəcək

Angela Merkel Emmanuel Makron ilə mayın 15-də görüşəcək Federal kansler Fransanın yeni seçilmiş prezidentini Berlində qəbul edəcək
Digər ölkələr
12 May , 2017 16:27
Angela Merkel Emmanuel Makron ilə mayın 15-də görüşəcək

Bakı. 12 may. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel mayın 15-də Fransanın yeni seçilmiş Prezidenti Emmanuel Makron ilə Berlində görüşəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.

"Federal kansler bazar ertəsi axşam Fransanın yeni prezidentini qəbul edəcək", - o brifinqdə bildirib. Amma Ş.Zaybert Fransa liderinin səfər planı barədə məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi