Angela Merkel dördüncü dəfə Almaniyanın kansleri seçilib

Angela Merkel dördüncü dəfə Almaniyanın kansleri seçilib Gizli səsvermənin nəticələri deputatların sürəkli alqışları ilə qarşılanıb
Digər ölkələr
14 Mart , 2018 13:30
Angela Merkel dördüncü dəfə Almaniyanın kansleri seçilib

Bakı. 14 mart. REPORT.AZ/ Bundestaq dördüncü dəfə ardıcıl olaraq Angela Merkeli Almaniyanın kansleri seçib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Angela Merkel səs çoxluğu ilə kansler seçilib", - Bundestaq rəhbəri Volfqanq Şoyble deyib.

Gizli səsvermənin nəticələri deputatların sürəkli alqışları ilə qarşılanıb.

Xatırladaq ki, Angela Merkelin namizədliyi ölkə Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi