Angela Merkel bu ilin sentyabrında Rəcəb Tayyib Ərdoğanla görüşəcək

Angela Merkel bu ilin sentyabrında Rəcəb Tayyib Ərdoğanla görüşəcək Almaniya kansleri: "Görüş sentyabrın əvvəlində Hançjouda keçiriləcək G20 sammitində baş tutacaq"
Digər ölkələr
28 İyul , 2016 16:22
Angela Merkel bu ilin sentyabrında Rəcəb Tayyib Ərdoğanla görüşəcək

Bakı. 28 iyul. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyini bəyan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, A.Merkel bu görüşün ən geci sentyabrın əvvəlində baş tutacağını söyləyib.

"Görüş mütləq olacaq, ən uzağı sentyabrın əvvəlində Hançjouda keçiriləcək G20 sammitində baş tutacaq", - deyə kansler jurnalistlərə açıqlayıb.

Qeyd edək ki, "iyirmilik"də sədrlik 2015-ci il dekabrın 1-dən etibarən Türkiyədən Çinə keçib. Növbəti G20 sammiti sentyabrın 4-5-də Hançjou keçiriləcək və "İnnovativ, sağlam, qarşılıqlı əlaqəli və inklüziv qlobal iqtisadiyyatın qurulması" mövzusuna həsr olunacaq.

Son xəbərlər

Orphus sistemi