Angela Merkel: "Aİ kritik vəziyyətdədir"

Angela Merkel: "Aİ kritik vəziyyətdədir" "Təhlükəsizlik, terrorçuluğa qarşı mübarizə, iqtisadi artım və əmək bazarı məsələlərində daha yaxşı nəticə əldə edə biləcəyimizi göstərmək lazımdır"
Digər ölkələr
16 Sentyabr , 2016 12:32
Angela Merkel: Aİ kritik vəziyyətdədir

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Avropa İttifaqı kritik vəziyyətdədir və dəyişə bilmək qabiliyyətini təcrübədə göstərməlidir".

"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Bratislavada keçirilən Aİ-nin qeyri-rəsmi sammitinə gəlişi zamanı deyib.

"Atılan addımlarla təhlükəsizlik, terrorçuluğa qarşı mübarizə, müdafiə sahəsində əməkdaşlıq, iqtisadi artım və əmək bazarı məsələlərində daha yaxşı nəticə əldə edə biləcəyimizi göstərmək lazımdır", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi