Yuxarı

​Ancelina Coli BMT-nin fəaliyyətini tənqid edib - VİDEO

Qaçqınlar BMT-yə gələ bilmir, bəlkə siz onlara baş çəkəsiniz?

Bakı. 25 aprel. REPORT.AZ/ Aktrisa Ancelina Coli ötən gün BMT Təhlükəsizlik Şurasının (TŞ) növbəti iclası çərçivəsində Suriya böhranı ilə bağlı müzakirələrdə iştirak edib.

"Report" xəbər verir ki, BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarı İdarəsinin xoşməramlı səfiri olan aktrisa təşkilatın ünvanına tənqidlə çıxış edərək BMT-ni fəaliyyətsizlikdə və qaçqınların müdafiəsi üçün tədbir görmək istəməməkdə ittiham edib.

"Biz Suriyaya baxa və BMT-nin günahsız insanları müdafiə etməkdə tamamilə aciz olduğunu anlaya bilmirik. Heç kim bizim qətiyyətsizliyimiz ucbatından uşaqların həyatını riskə atmamalıdır", - deyə A.Coli bildirib.

İraq, Livan, İordaniya və Türkiyədəki qaçqın düşərgələrini dəfələrlə ziyarət edən aktrisa və rejissor BMT Təhlükəsizlik Şurası üzvlərinə müharibə qurbanları ilə görüşməyi təklif edib:

"Qaçqınlar BMT-nin iclasında iştirak edə bilmirlər, bəlkə siz onlara baş çəkəsiniz?"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi