Bakı. 5 fevral. REPORT.AZ/ Kiprin hazırkı prezidenti, Demokratik Birləşmə Partiyasının lideri Nikos Anastasiadis prezident seçkilərinin ikinci turunda qalib gəlib.
"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, Anastasiadis seçicilərin 55,99 faiz səsini toplayıb. Onun rəqibi Stavros Malas isə səslərin 44,01 faiz səsini toplayıb.
"Associated Press" agentliyinin xəbərinə görə, Malas artıq Anastasiadisə zəng edib və məğlubiyyətini etiraf edib. Kiprdə prezident seçkilərinin ikinci turu fevralın 4-də keçirilib.