Amsterdamda atışma nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb

Amsterdamda atışma nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb Bu barədə yerli polis öz "Twitter" səhifəsində məlumat yayıb
Digər ölkələr
26 Yanvar , 2018 23:36
Amsterdamda atışma nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Cümə günü Hollandiyanın paytaxtı Amsterdam şəhərinin mərkəzində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb, 2-si yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis öz "Twitter" səhifəsində məlumat yayıb.

Faktla bağlı araşdırma aparılır, hadisənin baş verdiyi küçə bağlanıb.

"Parool" qəzetinin məlumatına görə, hadisə şahidləri uşaq meydançası yaxınlığında atışma səsləri eşidiblər, ardınca atəş açan maskalı şəxs hadisə yerindən qaçıb. Bununla belə səslər avtomat silahdan açılan atəşi xatırladıb.

RTL teleşirkətinin məlumatına görə, hadisə ilə bağlı saxlanılan yoxdur.

Son xəbərlər

Orphus sistemi