​Amsterdam aeroportu bütün reysləri ləğv edib

​Amsterdam aeroportu bütün reysləri ləğv edib Buna cərəyanın kəsilməsi səbəb olub
Digər ölkələr
27 Mart , 2015 19:00
​Amsterdam aeroportu bütün reysləri ləğv edib

Bakı. 27 mart. REPORT.AZ/ Amsterdam və Niderlandın Şimali Hollandiya əyalətinin böyük hissəsi elektrik şəbəkəsinin yüklənməsi səbəbindən cərəyansız qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, həmçinin Harlem və Almere şəhərlərinin sakinləri işıqsız qalıb.

Amsterdamda yüksəkvoltluq stansiyada qəza səbəbindən 1 milyona yaxın ev, ofis və xəstəxananın elektrik enerjisi ilə təchizatı kəsilib. Hadisə nəticəsində dəmiryolu nəqliyyatının işi iflic vəziyyətinə düşüb. Shiphol beynəlxalq hava limanı uçuş və eniş etməli olan bütün reysləri təxirə salıb.

Aeroporta gələn təyyarələr regionun digər hava limanlarına yönləndirilir.

Son xəbərlər

Orphus sistemi