ABŞ-ın "SpaceX" şirkəti "Falcon 9" raketini uğurla yerə endirib - VİDEO

ABŞ-ın "SpaceX" şirkəti "Falcon 9" raketini uğurla yerə endirib - VİDEO Raket orbitə 11 kommersiya telekommunikasiya rabitə peyki çıxarıb
Digər ölkələr
22 Dekabr , 2015 15:28
ABŞ-ın SpaceX şirkəti Falcon 9 raketini uğurla yerə endirib - VİDEO

Bakı. 22 dekabr. REPORT.AZ/ "Falcon 9" raketinin ilk hissəsi Kanaveral burnunda xüsusi meydana şaquli eniş edib. "Report" xəbər verir ki, bu, raketin yerə ilk uğurlu enişidir. Ötən dəfə dəniz platformasında enişə cəhd edərkən raket yan tərəfi üstə düşmüş və partlamışdı.

Raket orbitə 11 kommersiya telekommunikasiya rabitə peyki çıxarıb.

Qeyd edək ki, bu, "Falcon 9"un iyunun 28-də baş verən qəzadan sonra ilk buraxılışı idi. 6 ay əvvəl raket "Dragon" yük qoşqusu ilə havaya qalxdıqdan azacıq sonra partlamışdı.

Son xəbərlər

Orphus sistemi