Yuxarı
    Bağlamaq

    Amerikanın rok qrupunun musiqiçilərini daşıyan avtobus Polşada qəzaya uğrayıb

    Rok qrupunun Krakovda planlaşdırılan konserti ləğv edilib

    Bakı. 12 fevral. REPORT.AZ/ Polşada baş vermiş yol qəzasında 13 nəfər xəsarət alıb.

    "Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

    Xəbərdə bildirilir ki, Amerikanın "The Dillinger Escape Plan" rok qrupunun musiqiçilərini daşıyan avtobus Radomsk şəhərində qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya səbəb furqon avtomobilin arxadan avtobusa çırpılması olub.

    Nəticədə hər iki avtomobilin sürücüsü də daxil olmaqla, 13 nəfər xəsarət alıb. Yaralıların hamısı rok qrupunun musiqiçiləridir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

    Hadisə zamanı hər hansı sərnişin və ya sürücü ağır xəsarət almayıbb. Qəza səbəbindən hadisənin baş verdiyi yol müvəqqəti olaraq bağlanıb.

    Rok qrupunun Krakovda planlaşdırılan konserti ləğv edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi