Amerikalılar Birləşmiş Ştatların ən yaxşı prezidentini seçiblər

Amerikalılar Birləşmiş Ştatların ən yaxşı prezidentini seçiblər Birləşmiş Ştatlar bu gun ənənəvi olaraq dövlət bayramlarından birini - Prezidentlər Gününü qeyd edir
Digər ölkələr
19 Fevral , 2018 11:08
Amerikalılar Birləşmiş Ştatların ən yaxşı prezidentini seçiblər
The Inquisitr

Bakı. 19 fevral. REPORT.AZ/ Amerika Birləşmiş Ştatları (ABŞ) bu gun ənənəvi olaraq dövlət bayramlarından birini - Prezidentlər Gününü qeyd edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bayram ərəfəsində "Gallup" sosioloji xidməti amerikalıların ölkənin son 10 prezidentinin (Ağ evin hazırkı rəhbəri Donald Tramp nəzərə alınmadan) işini necə qiymətləndirməsi ilə əlaqədar ümummilli sorğunun nəticələrini dərc edib.

Siyahıda ilk pilləni Con Kennedi (1961-ci ildən 1963-cü ilədək prezident olub) tutub. Rəyi soruşulanların 86%-i onun dövləti idarə etməsi barədə müsbət fikirlər səsləndirib. Onu ardınca Ronald Reyqan (1981-1989) - 72%, Corc Buş - böyük (1989-1993) - 64%, Barak Obama (2009-2017) - 63%, Bill Klinton (1993-2001) - 62%, Cerald Ford (1974-1977) - 58%, Cimmi Karter (1977-1981) - 55%, Corc Buş - kiçik (2001-2009) - 53%, Lindon Conson (1963-1969) - 48%, Riçard Nikson (1969-1974) - 28% gəlir.

Qeyd edək ki, fevralın 5-dən 11-dək keçirilən sorğuda 1500 amerikalı iştirak edib. 

Son xəbərlər

Orphus sistemi