Amerikalılar ABŞ-ın ən yaxşı prezidentini müəyyən ediblər

Amerikalılar ABŞ-ın ən yaxşı prezidentini müəyyən ediblər Bakı. 12 iyul. REPORT.AZ/ ABŞ vətəndaşlarının, təxminən, yarısı ABŞ-ı idarə edən ən yaxşı prezident kimi Barak Obamanın adını çəkiblər.
Digər ölkələr
12 İyul , 2018 16:45
Amerikalılar ABŞ-ın ən yaxşı prezidentini müəyyən ediblər

Bakı. 12 iyul. REPORT.AZ/ ABŞ vətəndaşlarının, təxminən, yarısı ABŞ-ı idarə edən ən yaxşı prezident kimi Barak Obamanın adını çəkiblər.

"Report"un məlumatına görə, "Pew" ictimai rəyin öyrənilməsi mərkəzinin apardığı sorğunun nəticələrinə əsasən, amerikalılar ona birinci və ya ikinci yeri veriblər.

Bildirilir ki, 2002 amerikalıya "Sizin yaşadığınız dövrdə hansı prezident ən yaxşı öz işini yerinə yetirib" sualı verilib. Yekun nəticələrdə birinci və ikinci yerlər nəzərə alınıb.

Sorğuda iştirak edənlərin 44%-i Barak Obamanı, 33%-i Bill Klintonu, 32%-i isə Ronald Reyqanı ABŞ-ın ən yaxşı prezidenti hesab edib. İndiki dövlət başçısı Donald Trampı respondentlərin 19%-i dəstəkləyib.

Son xəbərlər

Orphus sistemi