Amerikalı milyarder Yunanıstanda ada aldı

Amerikalı milyarder Yunanıstanda ada aldı Uorren Baffet kiçik adanın Yunanıstana gələcək sərmayə qoyuluşları üçün "zəmin" olduğunu iddia edib
Digər ölkələr
19 İyul , 2015 11:54
Amerikalı milyarder Yunanıstanda ada aldı

Bakı. 19 iyul. REPORT.AZ/ ABŞ-ın tanınmış sərmayəçisi, milyarder Uorren Baffet İtaliyalı maqnat Allessandro Proto ilə billikdə 15 milyon dollar ödəyərək Yunanıstanda adalarından birisini alıb.

"Report"un RBK-ya istinadən verdiyi xəbərə görə, Adriatik dənizində yerləşən 1.2 km. sahəsi olan bu adanın gələcək sərmayə qoyuluşları üçün "zəmin" olduğunu qeyd edən Baffet, "Yunanıstan iqdisadiyyana sərmayə qoyuluşu üçün ən doğru vaxt məhz bu ildir" deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda yayılan bir başqa xəbərə görə, Amerikalı kino ustası Coni Dep də 4.2 milyon dollar ödəyərək Yunanıstanda ada sahibi olmuşdu.

Son xəbərlər

Orphus sistemi