Amerikalı milyarder Devid Rokfeller vəfat edib

Amerikalı milyarder Devid Rokfeller vəfat edib O, dinc şəkildə yuxuda ikən keçinib
Digər ölkələr
21 Mart , 2017 04:17
Amerikalı milyarder Devid Rokfeller vəfat edib

Bakı. 21 mart. REPORT.AZ/ Əfsanəvi sahibkarlar sülaləsinin nümayəndəsi olan Devid Rokfeller 101 yaşında vəfat edib.

“Report” xəbər verir ki, milyarderin mətbuat katibi onun Pokantiko-Hills şəhərciyində (Nyu-York ştatı) evində dinc şəkildə yuxuda ikən öldüyünü məlumat verib.

Devid Rokfeller “Standard Oil” şirkətinin təsisçisi və bəşər tarixində ilk dollar milyarderi Con Devison Rokfellerin nəvəsidir.

O, “Forbes”in bazar ertəsi açıqladığı milyarderlərin reytinq siyahısında 3,3 mlrd. dollarlıq varidat ilə 581-ci yerdə qararlaşmışdı. O, dünyanın ən yaşlı milyarderi idi.

Son xəbərlər

Orphus sistemi