Amerikalı milyarder prezident seçkilərində iştirak etməyə hazırlaşır

Amerikalı milyarder prezident seçkilərində iştirak etməyə hazırlaşır Donald Tramp ABŞ-ın müxtəlif ştatlarına səfər edərək siyasətçilərlə görüşür
Digər ölkələr
26 Fevral , 2015 03:51
Amerikalı milyarder prezident seçkilərində iştirak etməyə hazırlaşır

Bakı. 26 Fevral. REPORT.AZ/ Amerikalı milyarder Donald Tramp 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək barədə düşünür.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, son aylarda siyasi texnoloqlarla aktiv əməkdaşlıq edən milyarder, ABŞ-ın ən iri ştatlarına səfər edir və siyasətçilərlə müzakirələr aparır.

Xatırladaq ki, 68 yaşlı D.Tramp 2012 ildə də prezident seçkilərində iştirak etmək istəyib, lakin seçki marafonu ərəfəsində aparılan sorğuların nəticələrinə əsaslanaraq fikrindən daşınıb.

Son xəbərlər

Orphus sistemi