Amerikalı hərbçi qadını qətlə yetirdikdən sonra intihar edib

Amerikalı hərbçi qadını qətlə yetirdikdən sonra intihar edib Amerikalı hərbçi qadını qətlə yetirdikdən sonra intihar edib.
Digər ölkələr
13 Aprel , 2019 13:01
Amerikalı hərbçi qadını qətlə yetirdikdən sonra intihar edib

Amerikalı hərbçi qadını qətlə yetirdikdən sonra intihar edib.

"Report" "Kyоdo" agentliyinə istinadən xəbər verir ki, hadisə Okinava (Yaponiya) prefekturasında qeydə alınıb. 

Aprelin 13-də səhər saatlarında yerli xilasetmə xidmətinə yaşayış evində iki meyitin aşkarlanması barədə məlumat daxil olub. Şahidlərin sözlərinə görə, hadisə yerinə təcili tibbi yardım maşını ilə yanaşı, ABŞ-ın iki hərbi avtomobili gəlib.

Hərbçinin ABŞ-ın dəniz piyada qoşununda xidmət etdiyi bildirilir.

Hazırda polis hadisənin səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi