Amerikalı hərbçi paraşütün açılmaması səbəbindən həyatını itirib

Amerikalı hərbçi paraşütün açılmaması səbəbindən həyatını itirib Paraşütçü xəstəxanada aldığı travmalardan keçinib
Digər ölkələr
29 May , 2017 04:36
Amerikalı hərbçi paraşütün açılmaması səbəbindən həyatını itirib

Bakı. 29 may. REPORT.AZ/ Amerikalı hərbçi paraşütün açılmaması səbəbindən aldığı xəsarətlər nəticəsində həyatını itirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Telekanalın xəbərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbçiləri donanma həftəsi münasibəti ilə keçirilən tədbir zamanı paraşütlə tullanma hərəkəti nümayiş etdiriblər. Lakin əsgərlərdən birinin ləvazimatı açılmayıb və o, yerə düşməmək üçün paraşütü suya tərəf dartıb. Nəticədə paraşütçü xəstəxanaya yerləşdirilib, amma aldığı travmalardan orada keçinib.

İnternetdə hərbçinin paraşütünün bir hissəsinin asfalt üzərinə necə düşdüyünün əks olunduğu video paylaşılıb, lakin həlak olan şəxs kadrlarda yoxdur.

Son xəbərlər

Orphus sistemi