​Amerikalı hakerlər internet vasitəsilə avtomobilin idarə edilməsini ələ keçirməyi bacarıblar

​Amerikalı hakerlər internet vasitəsilə avtomobilin idarə edilməsini ələ keçirməyi bacarıblar Sınaq zamanı hakerlər Sent-Luis şəhəri yaxınlığında hərəkətdə olan maşının elektronika sisteminə nəzarəti ələ keçiriblər
Digər ölkələr
23 İyul , 2015 03:51
​Amerikalı hakerlər internet vasitəsilə avtomobilin idarə edilməsini ələ keçirməyi bacarıblar

Bakı. 23 iyul. REPORT.AZ/ ABŞ-da iki nəfər proqramçı internet vasitəsilə avtomobilin elektronika sisteminə uzaq məsafədən nəzarət edərək onu idarə edə bilib. Onlar həmçinin avtomobilin mühərrikini və əyləc sistemini uzaqdan işə salaraq söndürməyə müvəffəq olublar.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, hazırda "Twitter"də çalışan ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş proqramçısı Çarli Miller və kompüter təhlükəsizliyi üzrə ixtisaslaşan IOActive şirkətinin əməkdaşı Kris Valasek jurnalistlərə onların hərəkətdə olan "Jeep Cherokee" avtomobilinə nəzarəti ələ ala biləcəyini nümayiş etdiriblər. Sınaq zamanı hakerlər Sent-Luis şəhəri yaxınlığında hərəkətdə olan maşının elektronika sisteminə bir neçə km. aralıdan nəzarəti ələ keçirə biliblər.

Onlar avtomobilin kondisioneri, radiosu, şüşətəmizləyənlərini işə salıb və söndürüblər. Bundan əlavə, proqramçılar göstəriblər ki, istədikləri zaman onlar avtomobilin mühərrikini söndürə, avtomobilin əyləc sistemininin fəaliyyətini dayandıra bilərlər.

Miller və Valasek bildiriblər ki, bunları nümayiş etdirməkdə məqsədləri istehlakçılara avtomobil elektronika sisteminin nə dərəcədə zəif olduğunu göstərmək idi. "Yüzlərlə və minlərlə yolda olan avtomobilin kifayət qədər müdafiəsi yoxdur", - Miller deyib.

Ekspertlər 2014-cü ilin oktyabrından "Jeep Cherokee" istehsal edən "Fiat Chrysler" şirkəti ilə əməkdaşlıq edərək onlara proqram təminatının yenilənməsi və haker hücumlarının qarşısının alınması üçün boşluqları aradan qaldırmaq üçün köməklik göstərdiklərini bildiriblər. Avtomobil şirkətinin nümayəndələri artıq belə mexanizmlərin yaradıldığını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi