Bakı. 12 yanvar. REPORT.AZ/ Amerikalı general Parisdə çıxan "Charlie Hebdo" satirik jurnalının redaksiyasına silahlı hücumda "əl-Qaidə"nin əlinin olmasına şübhə ilə yanaşıb.
"Report" "The Hill"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş qərargahlar komitəsinin rəisi, general Martin Dempsi müsahibəsində deyib.
"Onlardan birinin Yəmənlə ailə və məktəb əlaqələrinin olması, həmin şəxsin bu ölkədə hazırlıq keçdiyini təsdiqləyir. Fikrimcə, o, "əl-Qaidə" liderlərindən biri deyil və bununla bağlı əlaqə aşkar edilməyib", - general bildirib.
Xatırladaq ki, ABŞ-ın baş prokuroru Erik Holder "CNN"ə müsahibəsində Parisdəki terrorun məsuliyyətini hansı qrupun üzərinə götürməsi haqda ölkəsinin "əsaslı məlumat"ı olmadığını bildirib.
Qeyd edək ki, "əl-Qaidə"nin Ərəb yarımadasındakı qruplaşması "Charlie Hebdo"a hücumda iştirak etdiyi haqda bəyanat vermişdi.