Amerikalı general: "Mosulda 5 minə qədər İŞİD terrorçusu qalmaqdadır"

Amerikalı general: "Mosulda 5 minə qədər İŞİD terrorçusu qalmaqdadır" "Şəhərə hücum başlayandan təqribən 2 min silahlı öldürülüb və ya yaralanıb"
Digər ölkələr
12 Dekabr , 2016 04:24
Amerikalı general: Mosulda 5 minə qədər İŞİD terrorçusu qalmaqdadır

Bakı. 12 dekabr. REPORT.AZ/ İraqın Mosul şəhərində hələ də, 3 mindən 5 minə qədər İŞİD terrorçusu qalmaqdadır və şəhərə hücum başlanan vaxtdan təqribən 2 min silahlı öldürülüb və ya yaralanıb.

"Report" xəbər verir ki, bu barədə İraq və Suriyada İŞİD-ə qarşı aparılan beynəlxalq hərbi əməliyyatlara komandanlıq edən ABŞ generalı Stiven Taunsend məlumat verib.

Taunsend qeyd edib ki, Mosulun azad olunması üçün irəliləmək asan olmayacaq, çünki orada evlər bir-birinə olduqca sıx şəkildə tikilib.

Son xəbərlər

Orphus sistemi