Amerikalı general: “ABŞ-ın məqsədlərinə Rusiyanın “de-imperializasiyası” daxil olmalıdır”

Amerikalı general: “ABŞ-ın məqsədlərinə Rusiyanın “de-imperializasiyası” daxil olmalıdır” Amerika Birləşmiş Ştatlarının hərbi məqsədləri arasında Rusiyanın “de-imperializasiyası” da var.
Digər ölkələr
4 sentyabr 2022 22:39
Amerikalı general: “ABŞ-ın məqsədlərinə Rusiyanın “de-imperializasiyası” daxil olmalıdır”

Amerika Birləşmiş Ştatlarının hərbi məqsədləri arasında Rusiyanın “de-imperializasiyası” da var.

“Report” xəbər verir ki, bu fikri təqaüddə olan amerikalı general-leytenant, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, İraq və Əfqanıstan müharibələrinin veteranı Ben Hodces tviter səhifəsində yazıb.

“Düşünürəm ki, bu münaqişədə ABŞ-ın hərbi məqsədləri Rusiyanın “de-imperializasiyasını” ehtiva etməlidir. Mənə elə gəlir ki, biz bu gün göründüyü kimi Rusiya Federasiyasının sonunun başlanğıcının şahidiyik. Bunun üçün hazır olmalıyıq. Biz SSRİ-nin dağılmasına da hazır deyildik” general yazıb.

Son xəbərlər

Orphus sistemi