Kaliforniya sakini üç ay aeroportda COVID-19-dan “gizlənib”

Kaliforniya sakini üç ay aeroportda COVID-19-dan “gizlənib” Aditya Sinqh oktyabrın 19-da Çikaqoya gəlib və o vaxtdan bəri O'Hara Beynəlxalq Hava Limanının təhlükəsizlik bölgəsində yaşayıb.
Digər ölkələr
190
18 Yanvar , 2021 14:01
Kaliforniya sakini üç ay aeroportda COVID-19-dan “gizlənib”

ABŞ polisi koronavirusa yoluxmaq qorxusu ilə üç ay Çikaqo aeroportunda yaşayan Kaliforniya sakinini həbs edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “NBC5 Chicago” telekanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, 36 yaşlı Aditya Sinqh oktyabrın 19-da Çikaqoya gəlib və o vaxtdan bəri O'Hara Beynəlxalq Hava Limanının təhlükəsizlik bölgəsində yaşayıb. Onun yalnız yanvarın 16-da kimliyini göstərməli olduğu anda saxlanıldığı bildirilir. Belə ki, Sinqh hava limanı işçilərindən birinin oktyabr ayının sonunda itirdiyi jetonu göstərib.

Sinqhin sözlərinə görə, bütün bu müddət ərzində aeroport sərnişinlərinin onunla paylaşdığı yeməklərlə qidalanıb.

Dövlət müdafiəçisi Sinqhin Los-Anceles şəhərinin ətrafında yaşadığını söyləyib. O, mehmanxana biznesi ixtisası üzrə təhsil almasına və magistr dərəcəsinə sahib olmasına baxmayaraq, hazırda işsizdir. Səbəbkarın koronavirusdan “qaçmaq” üçün niyə məhz Çikaqo hava limanına gəldiyi aydın deyil.

Saxlanılan şəxsə qadağan olunmuş əraziyə qanunsuz giriş və xırda oğurluq maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi