Amerikalı 4 jurnalist Bəhreyndə həbs olunub

Amerikalı 4 jurnalist Bəhreyndə həbs olunub Onlar ölkəyə turizm məqsədi ilə gəldiklərini bildiriblər
Digər ölkələr
16 Fevral , 2016 10:16
Amerikalı 4 jurnalist Bəhreyndə həbs olunub

Bakı. 16 fevral. REPORT.AZ/ Amerikalı 4 jurnalist ölkə ərazisinə daxil olarkən, yalan informasiya verdikləri və "polisə hücum etdikləri" üçün Bəhreyndə həbs ediliblər.

"Report" xəbər verir ki, bu haqda CNN telekanalı məlumat yayıb.

Bəhreyn hökuməti bildirib ki, beynəlxalq KİV-i təmsil edən amerikalı jurnalistlər ölkə ilə bağlı materiallar toplamaq üçün müvafiq qeydiyyatdan keçməyib və ölkədə qanunsuz şəkildə fəaliyyət göstəriblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ABŞ vətəndaşları fevralın 11-12-də Bəhreynə turizm məqsədi ilə gəldiklərini bildiriblər.

Həbs olunanlardan birinin adı məlumdur - Anna Tereza Dey. O, əvvəllər CNN-in ştatdankənar müxbiri işləyib, eləcə də "The New York Times", "CBS" və "Al-Jazeera" kimi media orqanları ilə əməkdaşlıq edib.

ABŞ-ın Bəhreyndəki səfirliyi hadisədən xəbərdar olduqlarını və problemin həlli ilə bağlı fəaliyyət göstərdiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi