Amerikada Çinə qarşı sanksiya tətbiq edilməsi müzakirə edilir

Amerikada Çinə qarşı sanksiya tətbiq edilməsi müzakirə edilir ABŞ rəsmiləri, Çin Xalq Respublikasında Honkonq ərazisini də əhatə edəcək “Milli təhlükəsizlik” haqqında qanun layihəsinin hazırlanması ilə əlaqədar bu ölkənin rəsmiləri və şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı idarələrarası məsləhətləşmələr aparırlar.
Digər ölkələr
27 May , 2020 05:08
Amerikada Çinə qarşı sanksiya tətbiq edilməsi müzakirə edilir

ABŞ rəsmiləri, Çin Xalq Respublikasında Honkonq ərazisini də əhatə edəcək “Milli təhlükəsizlik” haqqında qanun layihəsinin hazırlanması ilə əlaqədar bu ölkənin rəsmiləri və şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı idarələrarası məsləhətləşmələr aparırlar.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Diqqət mərkəzində çinli rəsmilərin və şirkətlərin ABŞ-dakı aktivlərinin dondurulmasıdır. Lakin hələ yekun qərar verilməyib.

Bundan əvvəl, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O Brayen bəyan edib ki, əgər “Milli təhlükəsizlik” haqqında qanun qüvvəyə minərsə ABŞ Çinə qarşı sanksiya tətbiq edəcək.

Sonuncu dəfə ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın “Mahan Air” hava yolu şirkətilə əməkdaşlıq etdiyi üçün Çinin “Shanghai Saint Logistics Limited” şirkətini sanksiya siyahısına salıb.

Son xəbərlər

Orphus sistemi