​Amerikada ayı velosipedçini parçalayıb

​Amerikada ayı velosipedçini parçalayıb Digər velosipedçi park əməkdaşlarını köməyə çağıra bilib
Digər ölkələr
1 İyul , 2016 07:45
​Amerikada ayı velosipedçini parçalayıb

Bakı. 1 iyul. REPORT.AZ/ ABŞ-ın Montana ştatında yerləşən Qleyşer milli parkında qrizli ayısı velosipedçiyə hücum edib və kişi aldığı yaralardan keçinib.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, Bred Trit və onun dostu parkda velosiped sürürlərmiş və ehtimal ki, heyvanı qəzəbləndiriblər.

İkinci velosipedçi zərər çəkməyib və park əməkdaşlarını köməyə çağıra bilib.

"Ola bilsin ki, onlar ayını qorxudublar və o, Triti velosipeddən sürüyüb aparıb. Həkimlər hadisə yerində onun öldüyünü qeydə alıblar", — deyə polisin məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi